Amerikadan sifariş saytları
2025-ci ildə amerikadan sifariş vermək artıq çox asandır. ABŞ mağazalarından geyim, elektronika, kosmetika və digər məhsulları onlayn sifariş edib, Amerikadan Azərbaycana kargo xidməti vasitəsilə bir neçə gün ərzində əldə etmək mümkündür.
Dünyaca məşhur brendlərin məhsullarını daha münasib qiymətə almaq istəyənlər üçün amerikadan sifaris saytlari bu il də ən çox axtarılan mövzular arasındadır.
Amerikadan necə sifariş vermək olar?
Sifariş prosesi sadədir və bir neçə addımdan ibarətdir:
- Qeydiyyat bölməsindən şəxsi hesab yaradın.
- Sizə təqdim olunan ABŞ anbar ünvanını seçdiyiniz saytda “Xaricdəki ünvanlarım” hissəsinə daxil edin.
- Məhsulu sifariş etdikdən sonra Bağlamanı izləmək bölməsindən prosesin gedişatını izləyə bilərsiniz.
- Aser Cargo Express vasitəsilə Amerikadan çatdırılma həftədə iki dəfə həyata keçirilir.
Əgər sifarişiniz “Bəyan et” statusu alıbsa, məhsulunuzu Smart Customs bəyan etmək qaydalarına uyğun bəyan etməlisiniz.
Amerikadan sifariş saytları (2025)
Aşağıda 2025-ci ildə ən çox istifadə olunan və etibarlı ABŞ onlayn mağazalarının siyahısı təqdim olunur. Siyahını kateqoriyalar üzrə hazırladıq ki, axtardığınızı rahat tapa biləsiniz.
🛍 Moda və geyim
- ASOS – geniş geyim, ayaqqabı və aksesuar seçimi.
- Macy’s – moda, ev əşyaları və premium brendlər.
- Nordstrom – lüks geyim və yeni kolleksiyalar.
- Gap, Old Navy, Banana Republic – gündəlik geyim və denim məhsulları.
- Forever 21, H&M, Shein – gənclər üçün sərfəli və trend modellər.
- American Eagle, Express, Levi’s – rahat tərz və denim geyimlərində lider markalar.
- Athleta – qadın idman geyimləri üçün ideal seçim.
👟 Ayaqqabı və çanta
- Zappos – ABŞ-da ən böyük ayaqqabı platforması.
- DSW, Aldo, Nine West – keyfiyyətli və zərif modellər.
- Michael Kors, Coach, Kate Spade, Tory Burch – çanta və lüks aksesuar brendləri.
- 6pm – endirimli brend məhsullar.
💄 Kosmetika və gözəllik
- Sephora, Ulta Beauty, MAC Cosmetics – orijinal kosmetik məhsullar.
- ColourPop, Kylie Cosmetics, Anastasia Beverly Hills, Fenty Beauty – makiyajda ən son trendlər.
- iHerb – təbii məhsullar, vitaminlər və orqanik kosmetika.
💻 Elektronika və texnologiya
- Amazon – elektronika, geyim, kitab, ev əşyaları və daha çox.
- Best Buy – kompüterlər, planşetlər və smartfonlar.
- B&H Photo Video – foto və video avadanlıqları.
- Newegg – kompüter hissələri və oyun aksesuarları.
- Walmart, Target – gündəlik və texnoloji məhsullar.
🎁 Universal və ixtisaslaşmış platformalar
- eBay – yeni və ikinci əl məhsullar, auksion sistemi.
- Etsy – əl işi və fərdi dizaynlı məhsullar.
- AutoZone, Advance Auto Parts – avtomobil ehtiyat hissələri.
- Amway, All Cosmetics Wholesale – sağlamlıq və gözəllik məhsulları.
👉 Bu mağazaların çoxu Mağazalar bölməsində toplanıb.
Oradan ölkə və kateqoriya üzrə filtr tətbiq edərək istədiyiniz saytı daha rahat tapa bilərsiniz.
Sifariş zamanı diqqət etməli məqamlar
- Gömrük limiti: 300 ABŞ dollarınadək sifarişlər gömrük rüsumundan azaddır.
- Qadağan olunmuş məhsullar: batareyalı cihazlar, sprey və parfumeriya məhsulları, partlayıcı maddələr və qiymətli metallar. Bütün siyahı burada.
- Bəyanetmə vacibdir: məhsul anbara daxil olduqdan sonra Smart Customs və ya eCustoms vasitəsilə bəyan edilməlidir. Daha ətraflə bu məqalədə Smart Customs-da Sadələşdirilmiş Elektron Ticarət Bəyannaməsi Necə Yaradılır?
Amerikadan çatdırılma və kargo xidmətləri
Amerikadan çatdırılma kargo xidmətləri 2025-ci ildə daha da sürətlənib.
Aser Cargo Express artıq həftədə iki dəfə Amerikadan Azərbaycana kargo reysləri həyata keçirir.
Bağlamalar ABŞ anbarına daxil olduqdan sonra 4–6 iş günü ərzində Bakıya çatdırılır.
Əgər Amerikadan ən ucuz kargo və etibarlı xidmət axtarırsınızsa, Amerikadan kargo şirkətləri səhifəsində bütün tarifləri və detalları görə bilərsiniz.